Another advertisement
2023-cü ilin may ayında əvvəlki ayla müqayisədə Gürcüstanda inflyasiyanın səviyyəsi -0,1% , illik inflyasiya səviyyəsi isə 1,5% təşkil edib.
QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Baza inflyasiyaya gəlincə, 2023-cü ilin may ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 4,0 faiz , tütünsüz illik baza inflyasiyası isə 3,9 faiz müəyyən edilib.
May ayında istehlak səbətinə daxil olan mal və xidmətlərin qiymətlərinin aprel ayı ilə müqayisədə faizlə dəyişməsi aşağıdakı kimidir:
- Qida və alkoqolsuz içkilər – -1,7%
- Spirtli içkilər, tütün – 1,6%
- Geyim və ayaqqabı – -0,4%
- Mənzil, su, işıq, qaz – -0,1%
- Mebel, məişət əşyaları, evə qulluq – 1%
- Sağlamlığın qorunması – 0,6%
- Nəqliyyat – 0,0%
- Əlaqə -0,5%
- İstirahət, əyləncə və mədəniyyət – -1,3%
- Təhsil – 0,0%
- Otellər, kafelər və restoranlar – 0,7%
- Müxtəlif mal və xidmətlər – 6,2%