This is a specific ad

Türkiyə prezidenti: “Sinan bəylə aramızda qətiyyən heç bir sövdələşmə olmayıb”

53

Another advertisement

“Buradakı ofisimizdə Sinan bəylə görüşümüz oldu. Bu gün o, bizi və “Cümhur İttifaqı”nı dəstəkləyəcəyini bəyan etdi. Mən ona öz adımdan və bütün yol yoldaşlarım adından təşəkkür edirəm”.

QafqazTürk.com verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Sinan bəy terrorla mübarizə, Türk dünyası ilə münasibətlərdə bizim aydın mövqeyimizi çox gözəl bilir. Biz bu məsələlərdə zərrə qədər də güzəştə getmirik. Bu olmayıb, ola da bilməz”.
“İnanıram ki, bu güc birliyi millətimizə, ölkəmizə xeyir verəcək. Aşkar fakt budur ki, onun diqqət yetirdiyi bir məqam da qaçqınlar və sığınacaq axtaranlardır. Biz indi Suriyanın şimalındakı briket evlərindən başlayaraq 450 min qaçqını öz evlərinə qaytarmışıq. Amma hazırda bizim planımız var ki, 1 milyon qaçqın da ora qayıdacaq. Təbii ki, bu zamanla baş verəcək. Onun dediyi kimi, biz o yerlərə inam mühitində qayıtmağa çalışacağıq”, – deyə dövlət başçısı vurğulayıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Kalium ilə zəngin olan təzə kartof yaşlı insanlar üçün faydalıdır
Öncəki yazı
TOGG-un ilk ixracatı Skandinaviya ölkələrinə ediləcək