Another advertisement
“Qalatasaray”ın icarə əsasında komandada çıxış edən Mauro İkardi üçün onun müqavilə ilə məxsus olduğu Fransanın PSJ (Paris Sen Jermen) klubuna göndərəcəyi təklif müəyyənləşib.
QafqazTürk.com xəbər verir ki, İstanbul təmsilçisi argentinalı ulduzu transfer etmək üçün 8 milyon avro ödəməyə hazırdır.
“Qalatasaray”, həmçinin oyunçunun özünə 4,5 milyon avro məvaciblə 3 illik müqavilə təklif edəcək. Sözləşmədə bonuslar da nəzərdə tutulacaq.
2022-ci ilin sentyabrından “Qalatasaray”da çıxış edən 30 yaşlı forvard bu mövsüm İstanbul klubunun heyətində bütün turnirlərdə 24 oyun keçirib və 20 qol vurub.