This is a specific ad

Tbilisidə taksilik lisenziyasının qiyməti

33

Another advertisement

Artıq paytaxt Tbilisidə A kateqoriyalı lisenziya almaq, satmaq və kirayə vermək mümkündür.

QafqazTürk.com xəbər verir ki, sözügedən xidmət üçün internet platforması da yaranıb ki, burada lisenziyanın satış qiyməti hətta 15 min lariyə çatır.

Xatırladırıq ki, Tbilisi meriyasının qərarına əsasən, bu il aprelin 1-dən etibarən A kateqoriyalı taksi lisenziyası yalnız 2023-cü il martın 20-dək ən azı bir dəfə A kateqoriyalı icazəsi olan şəxslərə veriləcək.

Nəticədə, əvvəllər bir il işləyən A kateqoriyalı taksi sürmək vəsiqəsi ömürlük olub. Həmçinin, icazələrin alqı-satqısının aparıla biləcəyi A kateqoriyalı taksi sürmə icazəsi bazarı da yaradılıb.

Artıq paytaxtda A kateqoriyalı lisenziya almaq, satmaq və kirayə vermək mümkündür. Sözügedən xidmət üçün internet platforması da yaranıb ki, burada lisenziyanın satış qiyməti hətta 15 000 lariyə çatır.

Xatırladırıq ki, Tbilisi meriyasının qərarına əsasən, bu il aprelin 1-dən etibarən A kateqoriyalı taksi vəsiqəsi yalnız 2023-cü il martın 20-dək ən azı bir dəfə A kateqoriyalı icazəsi olan şəxslərə veriləcək. Nəticədə, əvvəllər bir il işləyən A kateqoriyalı taksi sürmək vəsiqəsi ömürlük oldu. Həmçinin, icazələrin alqı-satqısının aparıla biləcəyi A kateqoriyalı taksi sürmə icazəsi bazarı yaradılıb.

Licenzia.ge platformasında taksi lisenziyasının minimum satış qiyməti 700 lari, maksimal qiyməti isə 15 min laridir.

İcarəyə gəldikdə isə, burada qiymətlər icarə müddətindən asılıdır və ayda orta hesabla 250 lariyə başa gəlir.

Qeyd edək ki, hazırda saytda satışa çıxarılan lisenziyaların sayı 200, icarə üçün isə 300-ə çatır.

Məlumat üçün bildirək ki, A kateqoriyasına şəhərdə hərəkət edən, xüsusi “Taksi Tbilisi” işarəsi olan ağ rəngli taksilər daxildir.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Laqodexi Bələdiyyəsində bıçaqlanma hadisəsi baş verib
Öncəki yazı
“Qalatasaray”ın İkardi üçün təklifi məlum oldu