Another advertisement
Mayın 20-si günün sonundan mayın 21-dək Gürcüstanın əksər rayonlarında yağış yağacağı, mayın 22-də ölkənin bəzi rayonlarında intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir.
QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Gürcüstan çaylarında gözlənilən leysan yağışları suyun səviyyəsinin xeyli artmasına, kiçik çaylarda daşqınlara, ölkənin dağlıq ərazilərində sürüşmələrə səbəb ola bilər.