Another advertisement
Faşizm üzərində Qələbənin 78-ci ildönümü ilə əlaqədar İkinci Dünya Müharibəsi iştirakçılarına 1000 lari , İkinci Dünya Müharibəsində həlak olanların ailə üzvlərinə isə 500 lari veriləcək.
QafqazTürk.com xəbər verir ki, bu barədə Hökumətin administrasiyası məlumat yayıb.
Hökumət administrasiyasının məlumatına görə, bu barədə artıq Gürcüstanın baş naziri İrakli Qaribaşvili sərəncam imzalayıb.
Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin işğal olunmuş ərazilərdən olan Məcburi Köçkünlərə Sosial Xidmətlər Agentliyi tərəfindən İkinci Dünya müharibəsi iştirakçılarına və həlak olanların ailə üzvlərinə birdəfəlik pul yardımı veriləcək. Sözügedən yardım Tbilisidə qeydiyyatda olanlar üçün paytaxt meriyası tərəfindən veriləcək.