• 01 Dekabr 2023 18:38

Mövlud Çavuşoğlu: “Azərbaycan qiymətlərlə bağlı çox ciddi güzəştlər etdi”

Avatar photo

ByHacı Xəlilzadə

May 8, 2023

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yüklərin daşınmasında Azərbaycanın rolundan danışıb.

QafqazTürk.com xəbər verir ki, o, bu barədə Türkiyə mediyasına verdiyi müsahibədə danışıb.

“İranla əlaqələrimiz ortadadır. İranı qardaş kimi görürük. Bizim TIR sürücülərimiz isə Azərbaycandan keçərək getməyə üstünlük verirlər. Çünki İranla gediş-gəlişdə problemlər həll olunmamış qalır. Biz İran XİN rəhbəri ilə son görüşdə də bu məsələni müzakirə etdik. Məhsulun məhv olduğu zamanlar oldu.

Amma Azərbaycan qiymətlərlə bağlı çox ciddi güzəştlər etdi, həmçinin çox sürətli şəkildə, pandemiya zamanında da Azərbaycanın çox böyük köməyini gördük”.

37200cookie-checkMövlud Çavuşoğlu: “Azərbaycan qiymətlərlə bağlı çox ciddi güzəştlər etdi”