Another advertisement
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
QafqazTürk.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, telefon danışığı zamanı xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında gündəlikdə duran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə mövcud regional vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Nazirlər həmçinin Azərbaycanla Ermənistan arasındakı sülh sazişi layihəsi üzrə aparılmış son danışıqları müzakirə ediblər.
Tərəflər telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunublar.