This is a specific ad

Çindən Rusiya və Ukraynaya çağırış

70

Another advertisement

“Biz Rusiya və Ukraynanı gərginliyin daha da artmasına səbəb olacaq hərəkətlərdən çəkinməyə çağırırıq”

QafqazTürk “Reporta”  istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq keçirdiyi brifinqdə Kremlə PUA-larla hücuma münasibət bildirərkən deyib.

“Çinin Ukrayna böhranı ilə bağlı mövqeyi ardıcıl və aydındır. Çin Ukrayna böhranında konstruktiv rol oynamaq üçün beynəlxalq ictimaiyyətlə birgə işləməyə davam edəcək”.– Ninq bildirib.

Xatırladaq ki, mayın 3-də Kremlə dronlarla hücum olub. Rusiya Prezidentinin Mətbuat Xidməti bu məsələdə Ukraynanı ittiham edib və hadisəni terror aktı kimi qiymətləndirib. Kremldən bildirilib ki, bu, dövlət başçısı Vladimir Putinə sui-qəsd cəhdidir. Ukrayna tərəfi isə Rusiyaya hücum etmədiyini açıqlayıb.

Sonrakı yazı
Baş nazir Ğaribaşvili: “Biz super gücə malikik”
Öncəki yazı
Rusiya Xersonu atəşə tutub