Bu gün saat 19:00-da Parlament binası yaxınlığında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı növbəti aksiya keçiriləcək.
QafqazTürk.com xəbər verir ki, bu barədə aksiyanın təşkilatçıları məlumat yayır.
“Məqsəd, vaxt və məkan dəyişməz! Mitinqə gəlin.Rus qanununa yox! Avropaya doğru”, – məlumatda deyilir.
Bu gün Telavidə də rus qanununa qarşı aksiya elan edilib. Mitinq iştirakçıları saat 19:00-da II Ereklenin abidəsi önündə toplaşacaqlar.
Qeyd edək ki,aprelin 17-də “Gürcü arzusu” rus qanununu birinci oxunuşda qəbul edib. 83 deputat qanun layihəsini dəstəkləyib.
Aprelin 29-da Hüquq Məsələləri Komitəsi rus qanununu ikinci oxunuşda qəbul edib. Müzakirələr zamanı komitənin sədri Anri Oxanaşvili müxalif deputatları və qeyri-hökumət təşkilatlarının nümayəndələrini sessiyadan xaric edib.