This is a specific ad

Prezident: “Otuz illik işğal Ermənistana heç bir üstünlük vermədi”

46

Another advertisement

“Otuz illik işğal onlara (Ermənistana – red.) heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Onlar rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər”.

QafqazTürk.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusundakı konfransda deyib.

“Onlar indi özlərinə yeni ağa və ya ağalar axtarırlar. Lakin tarix onlara dərs verməlidir. Ümid edirik ki, onlar bunu başa düşəcəklər”, – deyən dövlət başçısı qeyd edib ki, erməni həmkarı ilə danışıqlarında sülh sazişinin ilk növbədə onların marağına xidmət etdiyini izah etməyə çalışdığını vurğulayıb.

Prezident İlham Əliyev, həmçinin diqqətə çatdırıb ki, sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən də Azərbaycan olub.

Kateqoriya: Dünya
Sonrakı yazı
İlham Əliyev: “Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmayıb”
Öncəki yazı
Ölkə hansı istiqamətdə inkişaf edir? – SORĞU