• 03 Dekabr 2023 11:23

Ölkə hansı istiqamətdə inkişaf edir? – SORĞU

Avatar photo

ByHacı Xəlilzadə

May 3, 2023

Gürcüstanın hansı istiqamətdə getdiyinə dair sorğu aparılıb.

QafqazTürk.com xəbər verir ki, sorğu “Milli Demokratiya İnstitutu” tərəfindən həyata keçirilib.

Sorğuya əsasən respodentlərin cavabı iki hissəyə ayrılıb.

Respondentlərin 27%-i Gürcüstanın düzgün istiqamətdə inkişaf etdiyini; 22%-i Gürcüstanın heç dəyişmədiyini, 35%-i Gürcüstanın yanlış istiqamətdə inkişaf etdiyini; 15%-i isə bilmədiyini deyib. Əhalinin 2%-i isə cavab verməkdən imtina edib.

Bundan əlavə, araşdırmada bildirilir ki, Tbilisi sakinləri və müxalifət tərəfdarları ölkənin istiqamətinə tənqidi yanaşırlar.

Məlumat üçün bildirək ki, sorğu 17-23 mart 2023-cü il tarixlərində telefon sorğusu üsulu ilə aparılıb. Tədqiqata 1032 tamamlanmış müsahibə daxildir (cavab nisbəti 14%). Orta xəta marjası +/- 2% təşkil edir.

MDI tədqiqatı Böyük Britaniya hökumətinin UK AID-in maddi yardımı ilə dəstəklənir. Araşdırma CRRC Georgia tərəfindən aparılıb.

32060cookie-checkÖlkə hansı istiqamətdə inkişaf edir? – SORĞU