This is a specific ad

Ərdoğanmı, yoxsa Kılıçdaroğlumu? – Sorğunun nəticələri

113

Another advertisement

Aprelin 25-28-də “Optimar” araşdırma mərkəzi tərəfindən aparılan Türkiyədə prezident seçkiləri ilə bağlı keçirilən sosioloji sorğulara əsasən, rəyi soruşulanların 51,4 faizi ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləyir.

QafqazTürk xəbər verir ki, bu barədə türk mətbuatı məlumat yayıb.

Sorğuda 3000 nəfər iştirak edib. Prezident seçkilərində iki namizəddən hansına səs verəcəkləri ilə bağlı ünvanlanmış suala 48,6 faiz müxalifətin namizədi Kamal Kılıçdaroğlunu dəstəklədiyini bildirib.

Dörd əsas namizədlə bağlı sorğuya gəlincə, nəticələr belə bölünüb:

  • Rəcəb Tayyib Ərdoğan – 48,6 faiz
  • Kılıçdaroğlu 44,1 faiz
  • Muharrem İnce – 4,3 faiz
  • Sinan Oğan – üç faiz

Türk mediası prezident seçkilərinin birinci turda başa çatma ehtimalının 50 faizdən az olduğunu yazır.

Sonrakı yazı
Ərdoğan: “Atatürkün arzusunu millətimizə yaşatdıq”
Öncəki yazı
Hulusi Akar: “Türkiyə olmasa Qafqazda hansısa proses baş verə bilməz”