Ərdoğan: “Atatürkün arzusunu millətimizə yaşatdıq”

1

“Hər şeyə rəğmən dayanmadıq, təslim olmadıq, hədəflərimizdən bir an belə ayrılmadıq”.

QafqazTürk.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin milli döyüş təyyarələri “Kaan” və “Hürjet”, “Atak-2” və “Anka-3” qırıcıları ilə əlaqədar rəsmi sosial şəbəkə hesabındakı yazısında deyib.

Türkiyə Prezidenti hələ gediləsi çox yolun olduğunu qeyd edib.

Mustafa Kamal Atatürkün “İstiqbal göylərdədir” sözündən sitat gətirən Türkiyə lideri deyib ki, onun arzusu artıq həyata keçib, türk millətinə bunu yaşadıb.

“Biz, sadəcə, təyyarə, helikopter, peyk, tank, raket və silah istehsal etmirik. Biz texnologiya istehsal edirik, birlikdə türk əsrini qururuq”, – deyə o vurğulayıb.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Rusiyada uzun müddət evli qalan cütlüklərə pul veriləcək
Öncəki yazı
Ərdoğanmı, yoxsa Kılıçdaroğlumu? – Sorğunun nəticələri