This is a specific ad

BMT Gürcüstanın seçkilərdə gender kvotasını ləğvindən narazıdır

74

Another advertisement

BMT-nin Gürcüstandakı ofisi seçki siyahılarında gender kvotalarının ləğvini gender bərabərliyinə nail olmaqda geriyə addım adlandırıb.

QafqazTürk.com xəbər verir ki, burada BMT ofisi məlumat yayıb.

Keçən həftə parlament proporsional seçki siyahılarının formalaşmasında gender kvotalarını ləğv edib, buna qədər siyahıda hər dördüncü şəxs qadın olmalı idi.

Gürcüstanda gender kvotalarının tətbiqi BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Aradan Qaldırılması Komitəsinin uzun müddətdir davam edən tövsiyəsi olub və qadınların siyasi qərar qəbul etmə prosesindən sistemli şəkildə kənarlaşdırılmasını kompensasiya etməyə yönəlib.
Biz Gürcüstan hökumətini Gürcüstanın beynəlxalq öhdəliklərinin yerinə yetirilməsinə mane olacaq və ölkənin demokratik inkişafına xələl gətirəcək hərəkətlərin qarşısını almaq üçün hər cür səy göstərməyə çağırırıq”, – deyə məlumatda bildirilib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
AİHM Gürcüstanın Rusiyaya qarşı iddiasını təmin edib
Öncəki yazı
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib