This is a specific ad

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

62

Another advertisement

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli olub.

İlkin məlumata görə, martın 24-də Ermənistanın paytaxtı İrəvanda polis bölməsinə hücum edənlər “Milli Demokratik Qütb” təşkilatının üzvləridir.

QafqazTürk.com xəbər verir ki,bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan jurnalistlərə bildirib.

“Üç hücumçu var idi, onların ad və soyadlarını açıqladıq. İlkin məlumata görə, onlar “Milli Demokratik Qütb”ün üzvləridir”, – Sarkisyan deyib.

Qeyd edək ki, “Milli Demokratik Qütb” mütəmadi olaraq ABŞ ilə müttəfiqlik münasibətləri qurmağa çağırır. Həmçinin təşkilatın bir neçə üzvü 2016-cı ildə İrəvanda patrul alayının ələ keçirilməsində iştirak edib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Tbilisidəki Cümə məscidində yanğın olub – VİDEO
Öncəki yazı
Nikol Paşinyan: “Gürcüstanın baş naziri ilə iqtisadi, ticarət və mədəni əlaqələri inkişaf etdirmək barədə razılığa gəldik”