This is a specific ad

“Gürcü Arzusu” sakrebulo majoritarlığına namizədlər üçün təyin edilmiş 40 faizlik seçki səddini ləğv etməyi planlaşdırır

51

Another advertisement

“Gürcü Arzusu” sakrebulo majoritarlığına namizədlər üçün təyin edilmiş 40 faizlik seçki səddini ləğv etməyi planlaşdırır. Müvafiq dəyişikliklərin təşəbbüsü gələn həftə irəli sürüləcək.

Qafqaztürk.com xəbər verir ki,parlamentə təqdim edilən dəyişikliklərə görə, digərlərindən daha çox səs toplayan namizəd majoritar seçki sistemi əsasında sakrebuloya seçilmiş hesab ediləcək.

“Seçki Məcəlləsi”nin fəaliyyətdə olan normasına görə, səslərin 40%-dən çoxunu toplayan namizəd majoritar qayda ilə seçilmiş hesab edilir. Əks halda seçkilərin ikinci turu təyin edilir. Dəyişikliyə əsasən, sakrebulo seçkilərinin ikinci turu keçirilməyəcək.

“Gürcü Arzusu”, bu təşəbbüsün sakrebulolara öz səlahiyyətlərini vaxtında və effektiv şəkildə həyata keçirmək imkanı verəcəyini, onların ləngimədən və mütəşəkkil işini təmin edəcəyini izah edir.

Onların verdiyi məlumatda, mövcud reqlamentdən irəli gələrək, sakrebulo seçkilərinin ikinci turunun keçirilməsi zərurətinin tez-tez baş verdiyi deyilir, bu da öz növbəsində nümayəndəlik orqanı kimi sakrebulonun sürətlə seçilməsinə və müvafiq olaraq, onun dərhal səmərəli fəaliyyətinə mane olur.

“Dəyişikliklər nəticəsində munisipalitetlərin sakrebulolarının ilk iclasını daha qısa müddətdə çağırmaq mümkün olacaq” – deyə izahatda deyilir.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Bolnisinin Xidiskuri (Həsənxocalı) kəndində Novruz bayramı şənliyi keçirilib – FOTOLAR
Öncəki yazı
Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatdı