Another advertisement
Bədəndə duzun çox olması böyrək xəstəliklərinə və ürək problemlərinə səbəb ola bilər.
QafqazTürk.com xarici mediaya istinadən xəbər verir ki, müvafiq məlumat ilə dietoloq, tibb elmləri namizədi İrina Yuzup çıxış edib.
O qeyd edib ki, orqanizmdə duz çox olduqda böyrəklər onu süzmək üçün çox işləməli olur. Bu, böyrəklərin zədələnməsinə səbəb ola bilər.
Dietoloqun fikrincə, normadan artıq duz ürək və qan damarlarına da mənfi təsir göstərir.
Eyni zamanda, İrina Yuzup duzdan tamamilə imtina etməyin mümkün olmadığını açıqlayıb, çünki bu, sinir sisteminin işinə mənfi təsir göstərə bilər.