Ukraynada müharibənin azyaşlı qurbanlarının sayı artır

0

Aprelin 30-na olan məlumata görə, Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri ölkədə 1432-dən çox uşaq zərər çəkib.

QafqazTürk.com xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Onlardan 477 uşaq ölüb, 955-dən çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“Aprelin 28-də Rusiya tərəfindən Çerkas vilayətinin Uman şəhərindəki hündürmərtəbəli binanın raketlə vurulması 23 nəfər ölüb. Ölənlər arasında 6-sı uşaq olub”, – deyə məlumatda bildirilib.

Qeyd olunub ki, azyaşlılar arasında müharibə qurbanlarının sayı gündən-günə artır.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Duzun insan orqanizminə ZƏRƏRİ
Öncəki yazı
Mərci xərçəngin bütün növlərindən qoruyur