Another advertisement
Martın 22-dən 24-ü səhərədək Gürcüstanda fasilələrlə yağış yağacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə güclü duman olacağı gözlənilir.
QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.
Məlumata görə, gözlənilən yağıntılar Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, dağlıq ərazilərdə sürüşmənin başlamasına və aktivləşməsinə, dağlıq rayonlarda isə uçqunların əmələ gəlməsinə səbəb ola bilər.
Görünmənin pisləşməsi və uçqun təhlükəsi ilə əlaqədar magistralların müəyyən hissələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması da mümkündür.