This is a specific ad

Marneulidə Novruz Bayramı şənliyi keçirilib – FOTOLAR

93

Another advertisement

Bu gün Marneuli şəhərində Novruz Bayramı şənliyi keçirilib.

QafqazTürk.com xəbər verir ki, şənlikdə Baş nazir İrakli Kobaxidze, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay, Kvem Kartli qubernatoru Qiorqi Doxturişvili, ombudsman Levan İoseliani, parlamentin deputatları Savalan Mirzəyev, Zaur Darğallı, Marneuli meri Kənan Ömərov, Marneuli bələdiyyə məclisinin sədri Amiran Qiorqadze, Marneuli yerli özünüidarənin əməkdaşları və Marneuli əhalisi iştirak ediblər.

Natiqlər çıxışlarında Marneuli sakinlərini Novruz bayramı münasibətilə təbrik edərək onlara əmin-amanlıq arzulayıblar.

Baş nazir Novruzun simvolu olan tonqalı alovlandırıb.

Şənliyə gəlmiş qonaqlar musiqi və azərbaycan-gürcü milli rəqslərinə tamaşa ediblər.

 

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
İrakli Kobaxidze Gürcüstan azərbaycanlılarını Novruz bayramı münasibətilə təbrik edib
Öncəki yazı
İtaliyada 2 Gürcüstan vətəndaşı mənzil oğurluğu ittihamı ilə saxlanılıb