This is a specific ad

Bəşər Əsəd – Biz Çinin Suriya ilə digər ərəb ölkələri arasında münasibətlərin yaxşılaşdırılmasında göstərdiyi səyləri yüksək qiymətləndiririk

90

Another advertisement

Suriya prezidenti Bəşər Əsəd Dəməşqdə Çin nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı Bəşər Əsəd bildirib ki, Çinin Suriya ilə digər ərəb ölkələri arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində səylərini yüksək qiymətləndirirlər.

“Çinin Suriyanın milli müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunmasında verdiyi qəti dəstəyi yüksək qiymətləndirir. Çinin Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik əlaqələrin bərpasında uğurlu vasitəçiliyi beynəlxalq və regional vəziyyətə əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək.” -Suriya prezidenti bildirib.

Suriya prezidentinin sözlərinə görə, Dəməşq Çinin regional sülh və sabitliyin qorunmasında daha böyük rol oynaması təşəbbüsünü alqışlayır.

Sonrakı yazı
Sülhməramlıların yeni komandanı Bakıya gedir
Öncəki yazı
Havanın çirklənməsi ürək ritmini pozur – ARAŞDIRMA