Sülhməramlıların yeni komandanı Bakıya gedir

2

Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin yeni komandanı Aleksandr Lentsov çərşənbə günü Bakıya gedəcək.

QafqazTürk.com xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata əsasən yeni komandan Bakıda Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüş keçirəcək.

General-polkovnik Lentsov Azərbaycanda görüşlər zamanı Ermənistanla sərhəddə qurulmuş nəzarət-buraxılış məntəqəsi ilə əlaqədar müzakirə aparacaq.

Qeyd edək ki, ötən həftə Ermənistanın müdafiə naziri Suren Papikyan Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandanı Aleksandr Lentsovla görüşüb. Nazir general-polkovniklə regiondakı əməliyyat vəziyyəti və problemləri müzakirə edib. Görüşdə sülhməramlıların rolunun səmərəliliyinin artırılmasından da danışılıb. Papikyan üçtərəfli bəyanatların yerinə yetirilməsi və Laçın dəhlizinin vacibliyini vurğulayıb.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Gürcüstan sudan istifadə ilə əlaqədar yeni qaydalar tətbiq edilə bilər – ƏTRAFLI
Öncəki yazı
Bəşər Əsəd – Biz Çinin Suriya ilə digər ərəb ölkələri arasında münasibətlərin yaxşılaşdırılmasında göstərdiyi səyləri yüksək qiymətləndiririk