“Gürcüstanda innovativ startap statusu müəyyənləşdiriləcək və bu statusa malik şirkətlər 3 il müddətinə bütün vergilərdən azad olunacaqlar”.
QafqazTürk.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, sözügedən qanunlayihəsi yaxın vaxtlarda Gürcüstan hökuməti tərəfindən hazırlanacaq.
“İnnovativ ekosistemin daha da gücləndirilməsi üçün yeni təşəbbüslər çox vacibdir ki, onların arasında sistemin inkişafında çox mühüm rol oynayacaq bir qərarı qeyd etmək istərdim. Gürcüstanda innovativ startap statusu müəyyən ediləcək və bu statusa malik şirkətlər 3 il müddətinə bütün vergilərdən azad olunacaqlar. Bu, çox mühüm təşəbbüsdür. Müvafiq qanunlayihəsi yaxın vaxtlarda Gürcüstan hökuməti tərəfindən hazırlanacaq”, – deyə İrakli Kobaxidze bildirib.