Another advertisement
Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb, ikitərəfli münasibətlərin inkişafı, eləcə də Qara dəniz regionunun təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə edib.
QafqazTürk.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Türkiyə dövlət başçısı Vladimir Putini Rusiya prezidenti seçkisində inamlı qələbəsi münasibətilə təbrik edib və ona Rusiya xalqının rifahı naminə hökumət fəaliyyətində yeni uğurlar arzulayıb. Söhbət zamanı çoxşaxəli Rusiya-Türkiyə münasibətlərinin inkişaf etdirilməsi maraqları naminə gələcəkdə də sıx fəaliyyət üçün qarşılıqlı istək ifadə olunub”, – deyə məlumatda bildirilib.