Novruz bayramı ərəfəsində GAK-da görüş

34

Bu gün Gürcüstan Azərbaycanlıları Konqresində Novruz Bayramı ilə əlaqədar toplantı keçirilib.

QafqazTürk.com xəbər verir ki, maraqlı keçən görüşü giriş sözü ilə GAK sədri Hüseyn Yusubov açdı.

Tədbir iştirakçılarını sabahkı Torpaq çərşənbəsi və qarşıdan gələn Novruz bayramı münasibətilə səmimi salamladıqdan və tədbirə dəvət almış qonaqları təqdim etdikdən sonra Hüseyn müəllim öz çıxışında Gürcüstan – Azərbaycan əlaqələrinin təkcə iqtisadi, siyasi sahələri deyil, həm də mədəni-ədəbi istiqamətləri əhatə etdiyini bildirdi.

Bunun bariz nümunəsi olaraq Baş nazir İrakli Kobaxidzenin öz ilk rəsmi səfərini də məhz Azərbaycan Respublikasına gerçəkləşdirdiyini və bu jestin mədəni əlaqələrimizi daha böyük zirvələrə daşıyacağını vurğulayan Konqres sədri bundan sonra da GAK-la “Məhsəti Şairlər məclisi”nin sıx surətdə əməkdaşlıq edəcəklərinə əmin olduğunu bildirərək sözü Cəvahir xanıma verdi.

“Məhsəti Şairlər Məclisi”nin rəhbəri tədbir iştirakçılarını əvvəlcə qarşıdan gələn Torpaq-İlaxır çərşənbəsi və Novruz bayramı münasibətilə təbrik etdi. Dəvətə görə, Konqres sədrinə və əməkdaşlara, həmçinin ıştirakçılara öz təşəkkürünü bildirdi.
Müzakirələrdə iki çağırış Gürcüstan Parlamentinin deputatı Ramiz Bəkirov, yazıçı Əli Abbas, şair Aslan Gorarxılı, tanınmış ziyalı Firdovsi İsğəndərov, şair- publisist və din xadimi Seyid Mirağa Mustafazadə, şair Lətif Ağaoğlu, ziyalı-ictimaiyyətçi Çingiz Yaqubov, şair Sərxan Candarlı, yazıçı Mustafa Sədioğlu, tanınmış fotoqraf Nadir Bayramov, ziyalı Kərim Kərimov, aşıq-sazbənd Bafəli Adıgözəlov, tanınmış şair Səadət Buta öz çıxışlarında saz-söz sənətinin keşiyində durmağın və onu yaşatmağın önəmini, qədim ənənələrə istinad etməyin dəyərini, gələcəkdə bu istiqamətlərdə çalışmağın ötəri yox, davamlı olmağını vurğuladılar və Konqres sədrinə bu vacib işin yükünü üzərinə götürdüyünə görə bir daha təşəkkür etdilər.
Tədbirin sonuna yaxın mükafatlandırma mərasimi oldu.

 

19
6
Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Putin və Ərdoğan Rusiya-Türkiyə münasibətlərini müzakirə ediblər
Öncəki yazı
İrakli Kobaxidze: “Gürcüstan NATO-nun ən sadiq və etibarlı tərəfdaşlarından biridir”