Another advertisement
“Azərbaycan özünü etibarlı tərəfdaş kimi doğruldub. Bizim sözümüz imzamız qədər eyni qüvvəyə malikdir“.
QafqazTürk.com “AzərTac”a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında deyib.
“Biz yeni təşəbbüslər irəli sürmüşük və əminəm ki, onlar həyata keçiriləcək”, – deyən dövlət başçısı vurğulayıb ki, təkcə ötən ilin nəticələri bunu nümayiş etdirir.