Bu gün “AzərTac”ın 104 yaşı tamam olur

36

Bu gün Azərbaycan Dövlət İnformasiya Agentliyi – “AZƏRTAC”ın 104 yaşı tamam olur.

Yazın gəlişi ilə doğulmuş AZƏRTAC ötən 104 il ərzində təkcə yaşıllığını, gəncliyini, yaz əhval-ruhiyyəsini qoruyub saxlamamışdır. Müasir Azərbaycan mətbuatının onurğa sütununu təşkil edən AZƏRTAC xəbər agentliyi həm də dolğun, səlist, dürüst və doğru xəbərin məkanı kimi milyonların doğru xəbər ünvanı olub.

AZƏRTAC öz qabiliyyətləri ilə fərqlənən bir necə jurnalist nəsli yetişdirmişdir. Nəinki Azərbaycanda, həmçinin dünya mediyasında özünəməxsus yer tutan AZƏRTAC həmişə operativliyi, tərəfsizliyi və mükəmməlliyi ilə fərqlənir.

AZƏRTAC Gürcüstanda da siyasətcilər, iqtisadçılar və sadə ictimaiyyət tərəfindən diqqətlə izlənilir.

Biz “QafqazTürk Media” olaraq AZƏRTAC-ın çox maraqlı və dəqiq olan xəbərlərini tərcümə edərək gürcü oxucularımıza catdırırıq.

Biz “AZƏRTAC”la və onun Gürcüstan təmsilçisi Xətayi Əzizov ilə də sıx əməkdaşlıq edirik.
Son illər ərzində AZƏRTAC ilə əməkdaşlığımız nəticəsində yüzdən çox xəbər dərc etmişik.

“AZƏRTAC”ın da Gürcüstan reallıqlarını öz səhifəsində dərc etməsi bizi çox sevindirir və əməkdaşlığımızı daha da möhkəmləndirir.

Biz, “QafqazTürk Media” olaraq “AZƏRTAC”da fəaliyyət göstərən bütün yaradıcı heyətini təbrik edir, fəaliyyətlərində yeni-yeni uğurlar və daha böyük zirvələr arzulayırıq!

21
4
Kateqoriya: Maraqlı
Sonrakı yazı
İlham Əliyev: “Azərbaycan özünü etibarlı tərəfdaş kimi doğruldub”
Öncəki yazı
ABİTURİENTLƏRİN NƏZƏRİNƏ! – Vahid Milli İmtahanların qeydiyyat tarixi məlum oldu