This is a specific ad

Xaşuri bələdiyyəsində təbii fəlakət baş verib – Sakinlər təxliyyə edilir

60

Another advertisement

Xaşuridə təbii fəlakət baş verib.

QafqazTürk.com xəbər verir ki, hazırda Suraminin yaşayış məntəqələrindən biri olan Zindisdən əhali köçürülür.

Xaşuri bələdiyyəsinə yağan yağış bir neçə kəndə ciddi ziyan vurub. Bir neçə yer uçub, evləri isə su basıb.

Xaşurinin meri Tengiz Çitaşvilinin sözlərinə görə, şəhər iflic vəziyyətinə düşüb və hərəkət etmək mümkün deyil.

O, bildirib ki, hazırda dəymiş ziyan hesablanır və xilasetmə qrupunun 15 briqadası işlərə cəlb olunub.

Mövcud məlumata görə, bələdiyyədə zərərçəkmiş vətəndaşları ilkin tibbi yardım vasitələri ilə təmin edəcək işçi qrupu yaradılıb.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində seçici fəallığı – STATİSTİKA
Öncəki yazı
Bu gün parlamentdə hökumətə etimad məsələsi müzakirə olunacaq