Another advertisement
“Fransa müstəqilliyini qorumaq üçün təcili olaraq NATO-dan çıxmalıdır”.
QafqazTürk.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo deyib.
“Birləşmiş Ştatlarda güc elitaları bütün dünyada münaqişələri qızışdırmağa çalışırlar, Fransanın bununla heç bir əlaqəsi olmamalıdır. Təcili olaraq NATO-nu tərk etməliyik”, – o bildirib.
Siyasətçinin sözlərinə görə, “NATO və Aİ-dən çıxmaqla Fransa müstəqilliyini bərpa edəcək və öz milli maraqlarını daha yaxşı qoruya biləcək”, – deyə Florian Filippo bildirib.