Another advertisement
Amerikanın məşhur “The New York Times” nəşri Acarıstan xaçapurisinin reseptini dərc edib.
QafqazTürk.com xəbər verir ki, nəşr, Gürcüstanda xaçapurinin müxtəlif növlərinin olduğunu lakin onların arasında ən məşhurunun “Acaruli”nin olduğunu yazıb.
Bununla yanaşı, xaçapurini hazırlamaq üçün İmeruli və Sulqundan istifadə edildiyini lakin Amerikada bu pendirləri almağın o qədər də asan olmadığını nəzərə alaraq, onları mozzarella, feta və keçi pendiri ilə əvəz etməyin mümkün olduğu bildirilib.
6 bəndlik reseptdə “Acaruli”nin necə hazırlanacağı ətraflı təsvir edilmişdir.
Bu, Karla Kapalbonun 2018-ci ildə dərc olunmuş “Gürcü Xaçapurisi və Doldurulmuş Çörəklər” kitabında dərc edilmiş reseptin uyğunlaşdırılmasıdır.