2 fevraladək gözlənilən hava şəraiti – PROQNOZ

2

2 fevraladək Gürcüstanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Yalnız yanvarın 30-da Şərqi Gürcüstanın bəzi ərazilərində az miqdarda qar və duman müşahidə oluna bilər.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.

Məlumata əsasən, yanvarın 30-da Tbilisidə zəif qar yağacağı, duman olacağı, fevralın 2-dək hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu gündüz +5, +8 dərəcə təşkil edəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): hava yağmursuz keçəcək. Hava temperaturu gündüz +10, +12 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın düzənlik rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti): hava yağmursuz keçəcək. Hava temperaturu gündüz +10, +12 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): hava temperaturu gündüz +6, +8 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): hava temperaturu gündüz -1, +1 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali): Yanvarın 30-da bəzi ərazilərdə qar yağacağı, duman olacağı, fevralın 2-dək hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu gündüz 5-8 dərəcə isti təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedopliscğaro): Yanvarın 30-da bir qədər qar və duman ola bilər, fevralın 2-dək hava yağmursuz keçəcək. Hava temperaturu gündüz 4-7 dərəcə isti təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri, Dedopliscğaro): yanvarın 30-da bəzi yerlərdə qar yağacağı, duman olacağı, fevralın 2-dək hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu gündüz 0,5 dərəcə isti təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Zalqa, Bakuriani, Qudauri, Omalo): yanvarın 30-da bəzi yerlərdə qar yağacağı, duman olacağı, fevralın 2-dək hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu gündüz 0,5 dərəcə isti təşkil edəcək.

0
0
Kateqoriya: Maraqlı
Sonrakı yazı
ირაკლი ღარიბაშვილს – ირაკლი კობახიძე შეცვლის
Öncəki yazı
“The New York Times” qəzeti “Acaruli” haqqında məqalə dərc edib