Another advertisement
Gürcüstanda yanacağın qiyməti son 1 həftədə 4 tetridən 10 tetriyə enib.
QafqazTürk.com xəbər verir ki, bu barədə Neft Məhsulları İdxalçıları İttifaqı məlumat yayıb.
Məlumata görə, beynəlxalq qiymətlərin aşağı düşməsi tendensiyası səbəbindən Gürcüstanın pərakəndə satış şəbəkəsində yanacağın qiymətinin ucuzlaşması davam edir.
Bu günlərdə dizel yanacağının (L-62) qiyməti 5 tetri/litr ucuzlaşıb.