Bu gün Faxralıda şəhid İlqar Əhmədovun məzarı ziyarət edildi – FOTO

5

Bu gün Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları Eldar Bayramov, Ramel Lətifov və Elyar Məmmədzadə 20 Yanvar gecəsi şəhid olan İlqar Hümbət oğlu Əhmədovun Bolnisi rayonunun Faxralı kəndindəki məzarını ziyarət etdilər, şəhidin məzarı üzərinə güllər düzdülər və ruhuna ehtiramlarını bildirdilər.

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, konqresin və “QafqazTürk Media”nın əməkdaşları da həmçinin şəhid İlqar Əhmədovun məzarını ziyarət etdilər. GAK və “QafqazTürk Media” əməkdaşları şəhid İlqar Əhmədovun qəbri üstünə tər-çiçəklər düzərək Allahdan rəhmət arzuladılar və ruhu qarşısında baş əydilər.

Qəhrəman şəhidin ziyarətinə Arif Əliyev adına Faxralı 1 saylı ictimai məktəbinin və 2 saylı kənd ictimai məktəbinin müəllim-şagird kollektivi də əliboş gəlməmişdilər.

Şagirdlər vətən, bayraq, qəhrəmanlar və zəfər mövzusunda şeirlər səsləndirdilər.

Bolnisi müftisi Adil Nəbiyev şəhidin qəbri üzərində dualar oxudu.

Şəhidin məzarı üstə toplaşanlar onun qəhrəmanlıqlarından bəhs etdilər.

5
0
Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
20 იანვრის გმირი ილგარ ახმედოვი
Öncəki yazı
Gürcüstanda yanacağın qiyməti ucuzlaşıb