Another advertisement
İlkin hesablamalara görə, 2023-cü ilin mart ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ümumdaxili məhsulun (ÜDM) artımı 7,3%, birinci rübün orta real artımı isə 7,2% müəyyən edilib.
QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.
2023-cü ilin mart ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə aşağıdakı sektorlar artıma əhəmiyyətli töhfə verib: tikinti, maliyyə və sığorta fəaliyyəti, nəqliyyat və anbar təsərrüfatı, ticarət.
İstehsal, enerji və daşınmaz əmlak sektorlarında isə azalma tendensiyası müşahidə olunub.