Another advertisement
Tbilisidə kişi həyat yoldaşını öldürüb.
QafqazTürk.com xəbər verir ki, hadisə Tbilisidə, Varketili rayonunda baş verib.
Hazırki məlumata görə, kişi həyat yoldaşına çoxsaylı xəsarətlər yetirib, nəticədə qadın xəstəxanada ölüb.
Münaqişə ailədaxili mübahisə zəminində baş verib. Hadisədən sonra şəxs özünə də xəsarət yetirib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin ailə üzvünə qarşı ağırlaşdırıcı şəraitdə qəsdən adamöldürməni nəzərdə tutan 19 109-cu maddəsi ilə istintaq aparılır.
Sözügedən maddə 11 ildən 14 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.