Litrlik butulkadakı suda 240 min nanoplastik tapılıb

1

Kolumbiya Universitetinin kimyaçıları müəyyən ediblər ki, 1 litrlik şüşədəki suda 240 minə yaxın nanoplastik hissəcik ola bilər.

QafqazTürk.com xəbər verir ki, bu barədə “Bloomberg” “Proceedings of the National Academy of Sciences” (PNAS) elmi jurnalında dərc olunmuş araşdırmaya istinadən məlumat yayıb.

Nanoplastiklər uzunluğu 1 mikrometrdən az olan plastik hissəciklərdir. Araşdırma qablaşdırılmış suyun plastik tərkibinin əvvəllər düşünüldüyündən 100 dəfə çox ola biləcəyini müəyyən edib.

Tədqiqat üçün amerikalı alimlər yeni analiz metodu hazırlayıblar. Kimyaçılar 3 Amerika markasının 25 litrlik butulkada su üzərində araşdırma aparıblar. Onlarda 110-370 min hissəcik aşkar edilib ki, bunun da 90%-i nanoplastiklərdir. Eyni zamanda, bəzi hissəciklər müəyyən edilə bilməyib, yəni daha çox plastik ola bilər.

Qeyd olunur ki, nanoplastik kiçik ölçüsünə görə qan və insan hüceyrələrinə, o cümlədən plasenta vasitəsilə yeni doğulmuş körpələrin orqanizminə nüfuz edə bilir.

0
0
Kateqoriya: Maraqlı
Sonrakı yazı
İvanişvili Baş nazir vəzifəsinə namizəd irəli sürə biləcək
Öncəki yazı
Tbilisidə ər həyat yoldaşını öldürüb