Another advertisement
Bu gün Suxumidə, işğal olunmuş Abxaziyanın de-fakto parlamentinin binası qarşısında müxalifətin etiraz aksiyası baş tutub.
QafqazTürk.com xəbər verir ki, bu barədə DNAbxaziya məlumat yayıb .
“Çoxsaylı qanunları pozaraq gecə saatlarında bağlanan parlament iqtidarın maraqlarının qanundan və xalqın iradəsindən yüksək olduğunu göstərdi”, – deyə müxalifət nümayəndələri bildiriblər.
Məlumat üçün bildirək ki, işğal olunmuş Abxaziyanın de-fakto parlamenti növbədənkənar iclasında Bişvinti hökumətinin bağ evinin Rusiyaya verilməsi haqqında sazişi ratifikasiya edib. Səsvermə bu gün, dekabrın 27-də səhər tezdən keçirilib.
Abxaziya müxalifətinin nümayəndələri bu qərarı biabırçılıq adlandırıblar.