Another advertisement
Türkiyənin ən sıx məskunlaşmaya sahib İstanbul şəhərini su ilə təmin edən anbarlarında suyun səviyyəsi 18%-ə düşüb.
Bu müddət ərzində yağıntı olmasa, bu həcm cəmi 50 gün üçün kifayət edəcək.
Məlumatı İstanbul Su Ehtiyatları və Kanalizasiya İdarəsi verib.
Qeyd edək ki, 18,07% – 156,9 milyon kubmetrdir. Aprel ayında rezervuar ehtiyatları 48,5% təşkil edib və o vaxtdan bəri davamlı olaraq azalmaqdadır.
16 milyondan çox insanın yaşadığı şəhər hər gün 3,1 milyon kubmetr su istehlak edir. İdarə İstanbul sakinlərini suya qənaət etməyə çağırıb.