Another advertisement
Kampaniyanın məqsədi bələdiyyələrdə iştirakçılıq mədəniyyətini gücləndirmək və vətəndaşları, xüsusilə gəncləri, qərarların yerli səviyyədə qəbulu prosesinə cəlb etməkdir.
Tədbir zamanı vətəndaşlar forumteatrda iştirak edib, burada tamaşaçılar iştirakçı mexanizmlərdən istifadə etməklə konkret ictimai problemin həlli yollarını tapmaq imkanı əldə ediblər.
Sözügedən kampaniya Avropa Şurasının “Gürcüstanda İştirakçı Demokratiyanın və İnsan Hüquqlarının Yerli Səviyyədə Gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilir.
Tədbirdə Marneuli Munisipalitetinin yerli özünüidarəetmə nümayəndələri, gənclər və maraqlanan vətəndaşlar iştirak ediblər.