Another advertisement
Qətlə yetirilən 14 yaşlı qızın “evləndirilməmişdən” əvvəl, oxuduğu məktəbin direktoru klinikaya yerləşdirilib.
Əldə edilən məlumata görə, Baş Müfəttişlik dünən resurs mərkəzində direktoru sorğu-suala çəkib, bu zaman direktorun halı pisləşib.
Direktoru təcili yardım maşını ilə klinikaya aparıblar. O, hazırda həkimlərin nəzarəti altındadır.
Qeyd edək ki, Aytacın atası qızının qətlində keçmiş həyat yoldaşını və məktəb direktorunu günahlandırır.