This is a specific ad

Gürcüstan prezidentinin impiçmenti baş tutmayacaq

51

Another advertisement

Gürcüstan prezidenti Salome Zurabişvilinin impiçmenti baş tutmayacaq.

QafqazTürk.com xəbər verir ki,bu barədə “Gürcü Arzusu” partiyasının rəhbəri İrakli Kobaxidze bildirib.

“Gələn həftə Zurabişvilinin impiçmenti ilə bağlı bizdə səsvermə olacaq. Bu prosedurların necə getdiyini görəcəyik. Bilirsiniz ki, Salome Zurabişvili radikal müxalifətə ümid edərək konstitusiyanı pozub, ona görə də gələn həftə impiçment səsverməsi keçiriləndə 100 səs toplamaq praktiki olaraq mümkün deyil”,-deyə o bildirib.

Məlumat üçün bildirək ki,sentyabrın əvvəlində dövlət başçısı Berlin, Brüssel və Parisə səfər edərək burada yüksək səviyyəli görüşlər keçirib. Sonradan məlum olub ki, Gürcüstan hökuməti onun səfərlərinə razılıq verməyib. Bu səbəbdən hakim partiya prezidenti ölkə Konstitusiyasını pozmaqda ittiham edib və impiçment proseduruna başlayıb. Prosedurun uğurla başa çatması üçün 150 deputatdan 100-nün səsi tələb olunub. Lakin, görünür layihə millət vəkilləri arasında yetərli dəstək qazana bilməyib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Qətlə yetirilən qızın “evləndirilməmişdən” əvvəl, oxuduğu məktəbin direktoru klinikaya yerləşdirilib
Öncəki yazı
Bu ölkə Qəzzaya humanitar yardım göndərib