This is a specific ad

UEFA Avropa Liqası: “Qarabağ” İsveçdə “Hakken”in qonağı olacaq

6

Another advertisement

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

QafqazTürk.com xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İsveçdə “Hakken”in qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü avstriyalı FIFA referisi Sebastian Qishamer idarə edəcək.

H qrupunun digər matçında Almaniyanın “Bayer 04” kollektivi Norveçdə “Molde”nin qonağı olacaq. İlk turda Bundesliqa təmsilçisi “Hakken”i dörd cavabsız qolla üstələyib. Azərbaycan çempionu isə evdə norveçlilərə qalib gəlib – 1:0.

UEFA Avropa Liqası, qrup mərhələsi

II tur

H qrupu

23:00. “Hakken” (İsveç) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Sebastian Qişamer (Avstriya).

Stadion: Göteborq. “Ullevi” stadionu

Kateqoriya: İdman
Sonrakı yazı
Araikin ittiham olunduğu maddələr – VİDEO
Öncəki yazı
Rusiya XİN-dən separatçıların həbsinə münasibət