Rusiya XİN-dən separatçıların həbsinə münasibət

0

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı Qarabağın qondarma prezidentləri və digər rəsmilərinin saxlanılmasını şərh edib.

QafqazTürk.com xəbər verir ki, o, bu barədə sualın  Ermənistan Xarici İşlər Nazirliyinə ünvanlanmalı olduğunu bildirib.

Zaxarova bildirib ki, bu insanlar Ermənistan vətəndaşlarıdır.

Dediyiniz vətəndaşlar Ermənistan vətəndaşlarıdır. Onların bəziləri Rusiya vətəndaşlığından çıxıblar. Bizə heç kim müraciət etməyib. Bizə rəsmi, qeyri-rəsmi müraciətlər olur, informasiya sferasını götürsək, heç bir müraciət olmayıb”, – deyə Zaxarova bildirib.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
UEFA Avropa Liqası: “Qarabağ” İsveçdə “Hakken”in qonağı olacaq
Öncəki yazı
Dünya bazarında neftin qiyməti