This is a specific ad

Rusiya və İran noyabrda XİZ-lər arasında əməkdaşlıq memorandumu imzalaya bilər

56

Another advertisement

Rusiya və İran noyabr ayında xüsusi iqtisadi zonalar (XİZ) arasında əməkdaşlıq memorandumu imzalaya bilər.

Qafqaztürk xəbər verir ki, bu barədə Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin (İİN) mətbuat xidməti İİN rəhbərinin müavini Dmitri Vaxrukov ilə İslam Respublikası Prezidentinin müşaviri – İranın Azad Ticarət, Sənaye və Xüsusi İqtisadi Zonalar üzrə Ali Şurasının katibi Əbdül Maliki Höcətallah arasında baş tutmuş görüşdən sonra məlumat verib.

“İştirakçılar bu ilin noyabrında Rusiya və İranın xüsusi iqtisadi zonaları arasında əməkdaşlığa dair memorandum imzalamaq barədə razılığa gəliblər ki, bu memorandum istehsal, ticarət-iqtisadi və investisiya qarşılıqlı fəaliyyəti üçün XİZ-lər arasında əlaqələrin genişləndirilməsinə yönələcək”, – Rusiya nazirliyindən qeyd edilib.

İİN-dən əlavə ediblər ki, memorandum ümumi xarakter daşıyır, ona görə də memorandumun davamı olaraq imzalanacaq sənədlərlə bağlı bəzi məsələlər qalmaqdadır.

D.Vaxrukov, həmçinin iranlı həmkarlarına Rusiyada Texnologiya və Logistika İttifaqının yaradıldığını xatırladıb, onları əməkdaşlığa dəvət edib. İttifaq Xəzəryanı dövlətlərin xüsusi iqtisadi zonalarının tərəfdaşlığı haqqında əldə edilmiş razılaşmanın davamı olaraq yaradılıb.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Marneulidə mövlud bayramı münasibətilə tədbir keçirilib
Öncəki yazı
2024-cü ildə Təhsil Nazirliyinin büdcəsi 470 milyon lari artacaq