Marneulidə mövlud bayramı münasibətilə tədbir keçirilib

0

Marneulinin Yuxarı Saral “İmam Zaman (ə)” məscidinin mərasim zalında Həzrət Məhəmməd (s) Peyğəmbərin mövludu və İmam Sadiqin (ə) təvəllüdü münasibətilə tədbir keçirilib.

QafqazTürk.com xəbər verir ki, tədbirdə rayon və ətraf kəndlərdən dəvət olunan müsəlmanlar, din və ictimaiyyət xadimləri iştirak ediblər.

Qurani-Kərimin tilavəti ilə açıq elan olunan tədbirdə Gürcüstan müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidovun və digər ruhanilərin, eləcə də elm və ictimaiyyət xadimlərinin çıxışları olub.

Çıxış edənlər əvvəlcə Hz. Məhəmməd Peyğəmbərin (s) və İmam Sadiqin mübarək mövludu münasibəti ilə iştirakçıları təbrik edib, Peyğəmbərimizin (s) şəxsiyyəti haqda, örnək xüsusiyyətləri və kəlamlarından, gətirdiyi İslam dininin əsas tapşırıqları barəsində ətraflı danışıblar.

Vəhdət həftəsi içərisində təşkil olunan bu mərasimdə əhli-beyt məddahı Səid Həsən Peyğəmbər (s) eşqini tərənnüm edən mövludnamə və ilahilər oxuyub.

Tədbirin sonunda adları Peyğəmbər (s) və imamların adından olanlara Qurani-Kərimin tərcüməsi hədiyyə olunub.

Bayram süfrəsi ətrafında təşkil olunan tədbir dua oxunmaqla başa çatıb.

0
0
Kateqoriya: Din
Sonrakı yazı
ზემო სარალის მეჩეთში შუამავალი მუჰამედის დაბადების დღე აღნიშნეს
Öncəki yazı
Rusiya və İran noyabrda XİZ-lər arasında əməkdaşlıq memorandumu imzalaya bilər