This is a specific ad

Bu gün Çempionlar Liqasının yarımfinalçıları bilinəcək

53

Another advertisement

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk iki iştirakçısı müəyyənləşəcək.

QafqazTürk.com xəbər verir ki, 1/4 finalın iki matçı keçiriləcək.

Turnirin son qalibi İspaniya klubu “Real Madrid” “Santyaqo Bernabeu”da iki cavabsız qolla məğlub etdiyi İngiltərə “Çelsi”sinin qonağı olacaq. “Kral klubu”ndan fərqli olaraq, “zadəganlar” doğma arenadakı görüşə ciddi itkilərlə çıxacaqlar. Xüsusən də, Xalidu Kulibali, Ben Kiluell və Pyerr-Emerik Obameyanqın yoxluğunu vurğulamaq olar.

Digər cütlükdə italyan dueli olacaq. “Napoli” səfərdə bir qolla uduzduğu “Milan”ı qəbul edəcək. Neapollularda aparıcı hücumçu Viktor Osimxen sıraya dönübsə, əvəzində Kim Min-Jae, Andre Anqissa və Covanni Simeone məşqçilər korpusunun sərəncamında olmayacaqlar. “Milan”ın yeganə itkisi isə Zlatan İbrahimoviçdir.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki görüşü aprelin 19-da keçiriləcək.

23:00. “Çelsi” (İngiltərə) – “Real Madrid” (İspaniya)
Baş hakim: Daniel Orsato (İtaliya)
London, “Stemford Bric”
İlk oyun – 0:2

23:00. “Napoli” (İtaliya) – “Milan” (İtaliya)
Baş hakim: Şimon Marçinyak (Polşa)
Neapol, “Dieqo Maradona” stadionu
İlk oyun – 0:1

Kateqoriya: İdman, Maraqlı
Sonrakı yazı
G7 ölkələri müharibə bitənə qədər Rusiya aktivlərini bloklayacaq
Öncəki yazı
Ulduz falı – 18.04.2023