• 17 Fevral 2025 16:09

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

G7 ölkələri müharibə bitənə qədər Rusiya aktivlərini bloklayacaq

ByNiyazi Yusubov

Apr 18, 2023
G7 summit or meeting concept. Row from flags of members of G7 group of seven and list of countries, 3d illustration
Another advertisement

G7 ölkələri Ukraynada müharibə bitənə qədər Rusiyanın aktivlərini bloklayacaq.

QafqazTürk.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə G7 ölkələrinin xarici işlər nazirlərinin ümumi bəyanatında qeyd olunub.

Belə ki, nazirlər Ukraynanı dəstəkləməyə davam edəcəklərinə söz veriblər və müharibədə Rusiyaya dəstəyin baha başa gələcəyini vurğulayıblar. G7 həmçinin Rusiya Federasiyasına qarşı sanksiyaları daha da gücləndirməyə hazır olduğunu bildirib.

“Ukraynanın bərpası üçün Rusiya aktivlərinin bloklanması və ötürülməsi – bu, Rusiya terroru ilə mübarizənin reseptidir. Bu ölkədə hər kəs cinayətin qiymətini hiss etməlidir. Sadəcə bir nümunədir”, – Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak bəyanatı şərh edib.