This is a specific ad

Çavuşoğlu Ermənistanın törətdiyi təxribatdan danışdı

51

Another advertisement

“Təəssüf ki, Azərbaycanla Ermənistan arasında bugünlərdə yenidən gərginlik yaşanıb”.

QafqazTürk.com xəbər verir ki, bu barədə Türkiyə mediyasına müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O, qeyd edib ki, Azərbaycan tərəfi Ermənistanın Qarabağa qanunsuz yollarla silah-sursat daşıdığını müəyyən edib.

“Son nəticədə bu gərginliyi bir kənara qoyaraq tez bir zamanda sülh sazişini imzalamaq vacibdir. Yeni yolların, dəhlizlərin inşası lazımdır”, – deyə nazir bəyan edib.
XİN rəhbəri İranın bölgədəki fəaliyyətinə və Zəngəzur dəhlizinin inşasındakı mövqeyinə də toxunub.

“Bu, İranın da, Ermənistanın da, hamımızın da xeyrinədir. Dəhliz birbaşa İrandan keçməsə də, onunla əlaqəli yollar qurula bilər. Keçmişdə Naxçıvanla İrandan keçəcək dəhlizin yaradılması planları da var idi. Əslində biz bunu da dəstəkləyirik. Çünki alternativ marşrutlar hər zaman olmalıdır. Tək yoldan asılı olmaq risklidir”, – Çavuşoğlu vurğulayıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Tez-tez qrip olanlara çarə tapıldı
Öncəki yazı
Rusiya İrana yanacaq ixrac etməyə başlayıb -Reuters