Another advertisement
Gürcüstan Azərbaycanlıları Konqresi Azərbaycan Respublikasına başsağlığı verib.
QafqazTürk.com xəbər verir ki, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov 11 aprel tarixində Ermənistan tərəfindən törədilən təxribatlar nəticəsində şəhid olmuş Azərbaycan əsgərləri ilə əlaqədar Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevə zəng edərək başsağlığı verib.
GAK sədri, səfir Faiq Quliyevə bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlılar Azərbaycanda baş verən hadisələri yaxından izləyirlər və həmişə qardaş Azərbaycanın yanındadırlar. Əminik ki, Azərbaycan bu ədalətli mübarizəsində həmişə qalib olacaqdır.